Azedu.az

UNEC X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir

Ali təhsil

4 Oktyabr 2024, 08:39
UNEC X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) X Bakı Beynəlxalq Kitab Sərgisində öz nəşrləri ilə təmsil olunub.

UNEC-dən AzEdu.az-a bildirilib ki, Kitabxana İnformasiya Mərkəzinin hazırladığı stenddə universitetin Rəqəmsal nəşriyyatı tərəfindən hazırlanmış nəfis tərtibatlı kitablar, jurnallar, çap məhsulları, eləcə də UNEC müəllimlərinin müəllifləri olduqları kitablar, kitabxana fonduna aid yerli və xarici nəşrlər nümayiş olunub.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilən sərgidə UNEC Dizayn Məktəbinin tələbəsi dahi şairin obrazını canlandırıb. Dizayn Məktəbi dahi şairə xüsusi guşə həsr edib.

Sərgi çərçivəsində oktyabrın 7-də UNEC-in dosenti Çinarə Qəhrəmanovanın müəllifi olduğu “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” dərsliyinin və UNEC-in professoru Şəfa Quliyevanın “Liderlik” kitabının təqdimatları keçiriləcək.

Türkiyəyə şok PUA HÜCUMU - Ərazilər mühasirəyə alındı
Son xəbərlərDaha çox