Azedu.az

Qarabağ Universiteti simpoziumda təmsil olunub

Ali təhsil

3 Oktyabr 2024, 11:49
Qarabağ Universiteti simpoziumda təmsil olunub

Cari ilin sentyabr ayında ADA Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) birgə təşəbbüsü ilə ali təhsil müəssisələrində keyfiyyət təminatına həsr olunmuş simpozium baş tutub.

Qarabağ Universitetindən AzEdu.az-a bildirilib ki simpoziumda Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin dekanı Ceyhun Məmmədov və Keyfiyyətin təminatı sektorunun müdiri Fikriyyə Məmmədova iştirak ediblər.

Tədbirdə Ceyhun Məmmədov "Keyfiyyət təminatı: məqsədlər, çağırışlar və perspektivlər" mövzusunda keçirilən panel müzakirəsinin əsas spikerlərindən olub.

Ceyhun Məmmədov ali təhsil müəssisələrində keyfiyyət standartlarının qorunması və inkişafı istiqamətində mövcud çağırışlar barədə fikirlərini bölüşüb.

Qeyd edək ki, Simpoziumda Azərbaycanın bir sıra universitetlərindən nümayəndələr, həmçinin beynəlxalq mütəxəssislər iştirak ediblər.

Yekunda universitetlərarası fikir mübadiləsi aparılıb, universitetlərdə keyfiyyət təminatı sistemi ilə bağlı yaranan çətinliklər müzakirə edilərək simpozium iştirakçılarına sertifikatlar təqdim edilib.

Türkiyəyə şok PUA HÜCUMU - Ərazilər mühasirəyə alındı
Son xəbərlərDaha çox