Azedu.az

Şahin Bayramov İncəsənət fakültəsinin tələbələri ilə görüşüb

Ali təhsil

30 Sentyabr 2024, 17:10
Şahin Bayramov İncəsənət fakültəsinin tələbələri ilə görüşüb

Qarabağ Universitetinin rektoru Şahin Bayramov İncəsənət fakültəsinin tələbələri ilə görüşüb.

Qarabağ Universitetindən AzEdu.az-a bildirilib ki, görüşün keçirilməsində məqsəd tələbələri təhsil aldıqları ali təhsil müəssisəsinin tarixi əhəmiyyəti barədə məlumatlandırmaq, universitetin və burada təhsil alan tələbələrin qarşısında duran hədəfləri diqqətə çatdırmaqdan ibarətdir.

Rektor tələbələrin hər birinin fəaliyyətinin universitetin inkişafındakı rolundan bəhs edərək vurğulayıb ki, onların yüksəkixtisaslı mütəxəssis kimi yetişdirilməsi üçün ali təhsil ocağında hər bir şərait yaradılıb.

Qeyd edək ki, bu səpkidə görüşlərin digər fakültələrdə də mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulub.

Türkiyəyə şok PUA HÜCUMU - Ərazilər mühasirəyə alındı
Son xəbərlərDaha çox