Azedu.az

Həmyerlimiz beynəlxalq müsabiqədə qalib olub

Ali təhsil

28 Sentyabr 2024, 11:44
Həmyerlimiz beynəlxalq müsabiqədə qalib olub

Harvard Universitetinin təşkilatçılığı ilə online formada keçirilən "Ekologiyamızı qoruyaq" beynəlxalq layihə müsabiqəsinin qaliblərinin adları açıqlanıb. 

AzEdu.az xəbər verir ki, ADU-nun məzunu Vüsal Hümbətzadə "Ekologiyamızı qoruyaq" beynəlxalq layihə müsabiqəsinin qalibi olub.

Bu barədə, Harvard Universitetinin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, Vüsal Hümbətzadə bir neçə gün bundan əvvəl İsveçrənin ETH Sürix Universitetinə qəbul olmuşdur.

Harvard Universiteti dünya reytinqində birinci ETH Sürix Universiteti isə dünya reytinqində yeddinci sırada qərarlaşır.

Türkiyəyə şok PUA HÜCUMU - Ərazilər mühasirəyə alındı
Son xəbərlərDaha çox