Azedu.az

ADNSU-da Anım Günü münasibəti İlə tədbir keçirilib

Ali təhsil

28 Sentyabr 2024, 10:02
ADNSU-da Anım Günü münasibəti İlə tədbir keçirilib

Sentyabrın 27-də Azərbaycan Dövlət Neft və SənayeUniversitetində (ADNSU) 27 sentyabr- Anım Gününəhəsr olunmuş tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə ADNSU-nun rektor əvəzi, dosent VazehƏskərov, universitetin professor-müəllim heyəti, tələbələr, həmçinin şəhid məzunların ailə üzvləri vəyaxınları iştirak ediblər. Tədbir Vətən müharibəsindəşəhid olmuş ADNSU məzunlarının xatirəsinə salınmışKompleksin və Milli Qəhrəman Mübariz İbrahimovun heykəli önünə gül dəstələrinin düzülməsi ilə başlanıb. 

Universitetin Akt zalında davam edən tədbirdə əvvəlcəAzərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib, Ulu Öndər Heydər Əliyevin, o cümlədən44 günlük Vətən müharibəsində canlarından keçənşəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ADNSU-nun şəhid məzunları haqqında “Tarixyazan qəhrəmanlar” adlı sənədli film nümayiş olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən rektor əvəzi, dosentVazeh Əskərov 27 sentyabr-Anım GünününAzərbaycanın hərbi-siyasi gücünün, həmrəyliyinintəntənəsi olan böyük Zəfərin təməlinin qoyulduğuşərəfli bir tarixi gün olduğunu deyib. Hər günü birqəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaqsəhifə kimi yazılan 44 günlük Vətən müharibəsininhəm də ölkəmizin hərbi gücünün, Ordumuzun əzəlitorpaqlarımız uğrunda ədalətli savaşının nümayişiolduğunu qeyd edən dosent Vazeh Əskərov Vətən müharibəsi şəhidlərinin, o cümlədən ADNSU-nun 23şəhid məzununun əziz xatirəsinin hər zaman ucatutulacağını bildirib. 

Sonra şəhid ailələri və yaxınları çıxış edərək ADNSU-nun şəhid məzunlarına göstərilən diqqət və qayğınıyüksək qiymətləndiriblər, dərin ehtiram və hörmətəgörə universitet rəhbərliyinə təşəkkür ediblər.

Sonda “Gənclik” Mahnı və rəqs ansamblının solistininifasında “Hardasan” rəqsi nümayiş olunub.

 

Türkiyəyə şok PUA HÜCUMU - Ərazilər mühasirəyə alındı
Son xəbərlərDaha çox