Azedu.az

UNEC Dizayn məktəbində COP 29 çərçivəsində tədbir keçirilib

Ali təhsil

26 Sentyabr 2024, 11:15
UNEC Dizayn məktəbində COP 29 çərçivəsində tədbir keçirilib

AzEdu.az xəbər verir ki,UNEC Dizayn məktəbində COP 29 çərçivəsində "İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan UNEC Dizayn məktəbinin direktoru dos.Lalə Məmmədova mövzunun aktuallığından, 1988-ci ildən başlayaraq, ermənilər və onlara havadarlıq edən qüvvələr tərəfindən Azərbaycana qarşı başlanan müharibədən, torpaqlarımızın 30 ilə yaxın işğal altında qaldığı dövrdə şəhər və kəndlərin dağıdılmasından, dinc əhalinin genosidindən, bitki və heyvanlar aləminin məhv edilməsindən danışıb.

Dizayn Kafedrasının  müdiri dos.Elfanə Qasımova  işğal dönəmində ölkəmizin ərazisində aparılan hərbi əməliyyatların atmosferi, su mənbələrimizi və torpaqlarımızi bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qoyduğunu vurğulayıb.

Məruzə ilə çıxış edən kafedranın müəllimi Nərminə Namazova 30 il ərzində torpaqlarımızda düşmənin əsl vandallıq aktları törətməsini xüsusi vurğulayaraq, dövlət qoruqları, dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələrinin işğalçı dövlət tərəfindən məhv edildiyini tələbələrin diqqətinə çatdırıb. Törədilən ekocinayətlərin ekoloji problemlər yaratmaqla, bütün dünyanın bioloji müxtəlifliyinə vurulan zərbə olduğunu söyləyib.

Sonda tələbələrin sualları cavablandırılıb.

Türkiyəyə şok PUA HÜCUMU - Ərazilər mühasirəyə alındı
Son xəbərlərDaha çox