Azedu.az

Azərbaycanlı tələbə Mannheimer təqaüdünün yeganə qalibi oldu

Ali təhsil

24 Sentyabr 2024, 14:52
Azərbaycanlı tələbə Mannheimer təqaüdünün yeganə qalibi oldu

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbəsi Elmir Hacızadə Almaniyada keçirilən “International Youth Meeting 2024”də iştirak edib.

BANM-dən AzEdu.az-a bildirilib ki, Elmir Mannheimer təqaüdünün yeganə qalibi olaraq, Daxau şəhərinin icra orqanları tərəfindən dünyada yalnız bir iştirakçıya verilən bu mükafatı qazanıb.

Tədbir zamanı Elmir Hacızadə Azərbaycanın tarixi, mədəniyyəti, milli musiqisi və adət-ənənələri haqqında çıxışlar edib. Bu çıxışlar dünyanın müxtəlif ölkələrindən olan gənclər tərəfindən böyük maraqla qarşılanıb.

Proqram çərçivəsində tələbə Bavariya vilayətinin parlament üzvləri ilə görüşlərdə də olub.

Türkiyəyə şok PUA HÜCUMU - Ərazilər mühasirəyə alındı
Son xəbərlərDaha çox