Azedu.az

Azərbaycanlı tələbə "Microsoft”da kritik təhlükəsizlik boşluğu aşkar edib 

Ali təhsil

23 Sentyabr 2024, 14:07
Azərbaycanlı tələbə "Microsoft”da kritik təhlükəsizlik boşluğu aşkar edib 

BANM tələbəsi “Microsoft”da kritik təhlükəsizlik boşluğu aşkar edib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs tələbəsi Zeynalxan Quliyev “Microsoft” şirkətində kritik təhlükəsizlik boşluğu taparaq adını “Microsoft”un Şərəf lövhəsinə yazdırıb. Nəticədə ona pul mükafatı təqdim olunub.

 

Bununla yanaşı Zeynalxan “Panasonic”, Avropa İttifaqının (CERT-EU), Monash, Lenovo, Opera və Cisco kimi tanınmış şirkətlərin veb saytlarında da müxtəlif təhlükəsizlik boşluqları aşkar edib. Bu araşdırmalar nəticəsində də bir sıra mükafatlar alıb.

Türkiyəyə şok PUA HÜCUMU - Ərazilər mühasirəyə alındı
Son xəbərlərDaha çox