Azedu.az

LDU ilə QS arasında müqavilə imzalanıb

Ali təhsil

20 Sentyabr 2024, 11:06
LDU ilə QS arasında müqavilə imzalanıb

Dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “Quacquarelli Symonds”un (QS) regional direktoru Sergey Xristolyubov Lənkəran Dövlət Universitetində (LDU) olub. Hörmətli qonağı LDU-nun rektoru, prof. Natiq İbrahimov qəbul edib.


Universitetdən AzEdu.az-a bildirilib ki, görüşdə prof. Natiq İbrahimov son illərdə LDU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, dünya standartlarına uyğunlaşdırılması, rəqabət qabiliyyətliliyinin artırılması , qarşıda duran hədəflər, universitetin son illərdə beynəlxalq arenada tanıdılması istiqamətində görülən işlərdən və qarşıda duran perspektivlərdən danışıb.


LDU-nun rektoru, prof. Natiq İbrahimov və QS-in regional direktoru Sergey Xristolyubov Lənkəran Dövlət Universiteti ilə QS arasında universitetin “QS Stars” reytinq qiymətləndirilməsinə qoşulmaq, eləcə də QS-in reputasiya sorğularının analitik məlumat bazasına çıxış əldə etmək məqsədi ilə əməkdaşlıq müqaviləsi imzalayıblar. Məlumat üçün bildirək ki, “QS Stars” beynəlxalq səviyyədə tanınmış keyfiyyət nişanıdır.

Türkiyəyə şok PUA HÜCUMU - Ərazilər mühasirəyə alındı
Son xəbərlərDaha çox