Azedu.az

Beynəlxalq Mühasiblər Federasiyasının prezidenti UNEC-də olub

Ali təhsil

16 Sentyabr 2024, 14:28
Beynəlxalq Mühasiblər Federasiyasının prezidenti UNEC-də olub

Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti xanım Asma Resmouki UNEC-də olub.

UNEC-dən AzEdu.az-a verilən məlumata əsasən, rektor professor Ədalət Muradovla görüşən Asma Resmoukiyə mühasiblərin hazırlığı prosesi, UNEC-in MBA proqramı üzrə “Mühasibat uçotu” ixtisaslaşmasının ikinci dəfə 5 il müddətinə ACCA akkreditasiyasından keçməsi, MBA magistlərinin F1-F9 fənlərindən azad olmaları, eləcə də UNEC-də Kompüter əsaslı ACCA İmtahan Mərkəzinin yaradılması barədə ətraflı məlumat verilib.

Sonra tərəflər arasında gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb. 

 
Putin indi də bu ölkələri HƏDƏLƏDİ - Hamınızın cavabı veriləcək!
Son xəbərlərDaha çox