Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-22 17:59:00
Bağçalarda çalışan pedaqoji heyətə sınaq qiymətləndirilməsi keçirilir
Məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət üçün sınaq qiymətləndirilmə keçirilir.
 
Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, bu gün saat 10:00-dan 20:00-a qədər məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət – tərbiyəçi-müəllim və metodistlər üçün onlayn sınaq keçirilir. Növbəti sınaq imtahan mərkəzlərində keçiriləcək.
 
Qeyd edək ki, sınaqlarda iştirak könüllü olsa da, həm sınaqların, həm də Təhsil İnstitutu tərəfindən keçirilən vebinarların məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin cari ildə keçiriləcək diaqnostik qiymətləndirilməyə hazırlığı prosesinin təmin edilməsidir.