Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-04 16:14:10
Külək zəifləyib, bəzi bölgələrə qar yağır - Faktiki hava  

Saat 15:00-a olan məlumata əsasən Azərbaycanda müşahidə olunan güclü şimal-qərb küləyi tədricən zəifləyib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21 m/s, Neftçalada 23 m/s, Şahdağda 20 m/s, Naftalanda 18 m/s, Ağdamda 16 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatıb.

 

Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur. Xaltan, Şabran, Altıağac, Xaçmaz, Qubada yağış, Qusar (Laza), Qrız, Xınalıqda qar yağır.