Azedu.az

Sabah hava necə olacaq? - PROQNOZ  

Maraqlı

20 Mart 2024, 13:02
 Sabah hava necə olacaq? - PROQNOZ   

Sabahın hava proqnozu açıqlanıb.

ETSN Milli Hidrometerologiya Xidmətindən AzEdu.az-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 3-6°, gündüz 6-11° olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.


Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-8°, gündüz 9-14°, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək olacaq.

Dronlar Moskvanı mühasirəyə aldı: Rusiyadan ŞOK ETİRAF
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox