Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-29 09:12:00
“Tarixdə bu gün” - 29 fevral nə ilə yadda qalıb?

Hər hadisə baş verdiyi günün tarixi ilə xatırlanır. 

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər gün dünyada, eləcə də Azərbaycanda tarixi əhəmiyyətli hadisələr barədə ictimaiyyəti məlumatlamdırır. 

 

29 fevral tarixi nə ilə yadda qalıb? 

 

Bu gün 4 ildən bir təqvimdə görünən həmin o gündür:  

 

Yuli təqvimində 4 ildən bir, nömrəsı 4-ə bölünən illərdə fevral ayı 29 gün olurdu. Hal-hazırda Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrindəəsas təqvim kimi istifadə edilən qriqoryan təqvimi də belədir. 

 

E.ə. 46-cı ildə Roma imperatoru Yuli Sezar təqvimdəkı qarışıqlığı aradan qaldırmağı tapşırır. O zamana qədər il 365 gün 6 saat hesablanırmış. Misirli astroloq Sosiginesin hesablaması ilə ilin 365 gün çəkməsı, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə olunması qərara alınır. Beləliklə, il dörd ildən bir 366 gün çəkir. 29 fevral 28 ildən bir bazar gününə düşür və bu, fevralın 5-ci bazarı olur. 

 

 

29 fevral 1882-ci ildə Azərbaycan musiqiçisi Mansur Mansurov anadan olub:   

 

Məşhur Azərbaycan tarzəni Sadıqcan məktəbinin davamçısı olan M.Mansurov muğamların mahir ifaçısı kimi tanınıb. O, 20 il (1926-1946) Azərbaycan Konservatoriyasında dərs deyib.   Mansur Mansurovun tarla improvizələri Paris və İstanbulda böyük maraqla qarşılanıb. 

 

 

29 fevral 1908-ci ildə Bakıda Azərbaycanın görkəmli alimi, filologiya elmləri doktoru Hadı Mirzəzadə dünyaya gəlib:

 

 

Azərbaycan Dövlət Universitetinin Şəqrşünaslıq fakültəsini bitirdikdən sonra ali məktəblərdə dərs deyib. İkinci Dünya Müharibəsinin iştirakçısı olub.   Tədqiqatları əsasən türkologiya və Azərbaycan dilinin qrammatikasına dair olan alimin Kərkük-Mosul türkmənlərinin dili ilə bağlı 1960-cı ildə yazdığı məqalə bütün dünya türkoloqlarının yüksək qiymətini alıb. Həmin məqalədə Hadı Mirzəzadə Kərkük-Mosul türkmənlərinin dil cəhətdən azərbaycanlılarla qohumluğunu ilk dəfə sübut etmişdi. Onun doktorluq dissertasiyası isə Azərbaycan dilinin tarixi morfologiyası mövzusunda olub. (1908-1965)

 

29 fevral 1968-ci ildə general-leytenant, müdafiə nazirinin müavini quru qoşunları komandanı Hikmət Mirzəyevin doğum günüdür:

 

Hikmət Mirzəyev 1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlayıb. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib. 1997–1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb. 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə təyin olunub. Birinci Qarabağ müharibəsində iştirak etmiş, xüsusi təyinatlı taborun üzvü olmuşdur.

 

O, Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim etmişdir. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən general-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib.

 

 

29 fevral 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Sergey Senyuşkin şəhid olub: 

 

Azərbaycan mayoru,  15 sentyabr 1957-ci il Rusiyanın Samara vilayətinin Sızran şəhərində anadan olmuşdur. 1974-cü il Sızran şəhər orta məktəbini bitirmişdir. Sergey burada Politexnik İnsitutuna daxil olur, 1975-ci ildən təhsilini Ali Hərbi Təyyarəçilər Məktəbində davam etdirir. 1979-cu ildə bu məktəbi müvəffəqiyyətlə bitirir. Sergey Mİ-8 və Mİ-24 vertolyotlarının uçuş proqramını peşəkar səviyyədə öyrənmişdi.1 fevral 1992-ci ildən həyatını Azərbaycanla bağlayan Sergey hərbi hissə komandiri təyin edilmişdi. Azərbaycan Hərbi Hava Qüvvələrinin yaradıcılarından hesab olunan Sergey, mülki təyyarəçilərə hərbçi təlimini keçməklə yanaşı, Qarabağda gedən hərbi əməliyyatlarda iştirak edərək çox sayda erməni döyüşçüsünü məhv etmişdi. Xocalı soyqırımı zamanı xeyli dinc sakini xilas edə bilsə də, Xocalıda ağır yaralanmış və 29 fevral 1992-ci ildə həlak olmuşdur.