![](https://azedu.az/uploads/news/2024/02/azedu.az_001-22.02.2024-1_68.jpg)
Sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə Nizami və Nərimanov rayonları üzrə görüş keçirilib.
AzEdu.az xəbər verir ki, paytaxtdakı 276 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təhsilin Keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, İnsan resursları sektorunun müdiri Aygün Bayramova, iki rayon üzrə riyaziyyat, ingilis, rus, alman və fransız dili müəllimləri iştirak ediblər.
BŞTİ-nin Təhsilin Keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin son dövrlər təhsil sahəsində aparılan genişmiqyaslı islahatların nəticəsi olduğunu, sertifikasiyanın müəllimlərin peşəkar inkişafına xidmət etdiyini qeyd edib. Sertifikasiya prosesinin təhsilin keyfiyyət göstəricilərinə təsirindən danışan A.Mustafazadə sertifikatlaşdırmadan keçən müəllimlərin daha üstün səriştə və bacarıq sərgilədiklərini vurğulayıb.
İnsan resursları sektorunun müdiri Aygün Bayramova sertifikatlaşdırmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alındığını xatırladıb və imtahanın təşkili qaydaları ilə bağlı danışıb.
Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)