Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-11 16:21:00
Təhsil müəssisələrini kim idarə etməlidir ? - Gənc, yoxsa yaşlı direktor...

İctimaiyyət tərəfindən düşünülür ki, akademik fəaliyyətdə daha çox yaşlı kadrlara ehtiyac var. Buna görə də təhsil ocaqlarında həmin kadrlar gənc kadrlara nisbətdə üstünlük təşkil edir. Səbəb olaraq onların daha çox təcrübəyə və dünyagörüşə malik olduğu vurğulanır.

 

Bununla yanaşı, təhsil müəssisələrinə rəhbərlik edənlərin gənc kadrların olması, idarəçiliyə daha müsbət təsir edəcəyi ilə bağlı fikirlər də səslənilir.

 

AzEdu.az-a danışan təhsil eksperti Şahlar Əsgərovun sözlərinə görə rəhbərlik vəzifəsi üçün gənclərdənsə, yaşlı kadrların olması daha məqsədəmüvafiqdir:

 

Şahlar Əsgərov: “Onları “91-lər”in ahı tutdu!”

 

“Səslənilən məsələ həqiqəti əks etdirir. Gənclər daha yenilikçi və inkişafa meyilli ola bilər. Lakin yaşlı kadrların təcrübəsi daha çoxdur. Burada Şərq düşüncəsi tərzi özünü göstərir. Bütün işçiləri 2 yerə bölmək olar: Fiziki və intellektual əməklə məşğul olanlar. Onların iş qabiliyyəti yaşdan aslıdır. Bir qədər yaşı çox olan adamlar inşaatda çətin işləyir. Çünki onların qolunda güc qalmayıb. Cavanlar isə bu sahədə daha aktiv və peşəkar işləyə bilərlər. Lakin intellektual fəaliyyətlə, yəni müəllimlik peşəsi ilə məşğul olanlar nə qədər təcrübəyə sahib olsalar, bir o qədər yaxşıdır. Müşahidələr də onu göstərir ki, yaşlı kadrlar intellektual sahədə böyük uğurlara nail olur. Adam var ki, 93 yaşında kitab yazır, 80 yaşında elmi işə imza atır. Yaşlı müəllimlərin potensialından daima istifadə etmək lazımdır”.

 


Ekspert bildirib ki, təhsil müəssisələrinin direktorları yaşlı, yəni təcrübəli kadrlar olmalıdır:

 

“Az öncə də qeyd etdiyim kimi, gənclər daima yeniliyə can atırlar və bu inkişaf baxımından təhsil üçün müsbət nəticələnə bilər. Amma onları rəhbər vəzifələrinə təyin etmək, yaşlı və təcrübəli kadrlara haqsızlıqdır. Sözsüz ki, təcrübəli kadrların idarəçilik qabiliyyəti, gənclərdən daha yaxşı olur” – deyə fikirlərini yekunlaşdırıb.

 

Esmira Əliyeva