
2023-06-08 12:53:00
“İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hər il qeyd olunan “18 may - 18 iyun İnsan hüquqları aylığı” çərçivəsində 8 iyun 2023-cü il tarixində Lənkəran Dövlət Universitetində (LDU) müəllim və tələbələr üçün növbəti maarifləndirici seminar keçirilib.
Universitetdən AzEdu.az-a bildirilib ki, seminarı giriş sözü ilə LDU-nun sosial məsələlər üzrə prorektoru, prof. Kamran Kazımov açaraq tədbirin məqsədi, əhəmiyyəti barədə geniş məlumat verib, Birləşmiş Millətlər Təşkilatının (BMT) 30 maddədən ibarət qəbul etdiyi İnsan Hüquqları haqqında Bəyannamə, ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu sahədə görülən işlər, aparılan islahatlardan ətraflı bəhs edib. Kamran Kazımov Ermənistanın Azərbaycana 30 ilə yaxın davam edən təcavüzü, mənfur qonşularımız tərəfindən vətəndaşlarımızın hüquqlarının pozulmasından danışıb, 44 günlük Vətən müharbəsində Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun, qəhrəman oğullarımızın qanı, canı bahasına vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpa olunduğunu qeyd edib.
Tədbirdə LDU-nun hüquqşünası Çingiz Cavadov məruzə edib. Məruzəçı Azərbaycan Respublikasının Konstitutsiyasında, beynəlxalq qanunvericilikdə insan hüquqları haqqında olan maddələri ətraflı şərh edib, sosial şəbəkələrdə, mediada insan hüquqlarının təbliğ edilməsinin, gənc nəsildə hüquqi düşüncə və mədəniyyətin inkişaf etdirilməsinin vacibliyini bildirib, həmçinin, LDU-da bu istiqamətdə aparılan işlər haqqında iştirakçıları ətraflı məlumatlandırıb.
Məruzədə qeyd olunub ki, bu gün, həqiqətən də, hüquqi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə həyata keçirilən tədbirlər və islahatlar insanlarda şüurlu surətdə hüquqi inamın formalaşmasına, əhali arasında hüquq mədəniyyətinin yayılmasına və bu istiqamətdə uğurlu nəticələrin əldə olunmasına öz töhfəsini verməkdədir. Bildirilib ki, vətəndaşların maraqlarına uyğun dövlət səviyyəsində atılan bütün addımlar insan hüquqlarına verilən ali dəyərin göstəricisidir. Bu baxımdan hər birimiz insan hüquqları mədəniyyətinin təbliğində maraqlı olmalıyıq.
Məruzə ətrafında LDU-nun Təbiyyat fakültəsinin dekanı, dos. Ramiz Şəmmədov çıxış edib. Bildirib ki, hər ilin 18 iyun-Azərbaycan Respublikasında İnsan Hüquqları Günü ilə bağlı ölkəmizdə “İnsan hüquqları aylığı”nın elan edilməsinin əsas məqsədi insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, əhalini hüquqi maarifləndirməkdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
AzMİU-ya qəbul olan tələbələrin ingilis dili bilikləri yoxlanılır
2023-09-26 17:03:23
AzMİU-nun komandası debat turnirinin qalibi olub
2023-09-26 14:57:24
UNEC rektoru ikili diplom proqramının ilk tələbələri ilə görüşüb
2023-09-26 14:24:43
Debatçılarımız “Dream Cup” turnirinin qalibi olublar
2023-09-26 13:44:49
“Heydər Əliyev İli” çərçivəsində elmi seminar keçirilib
2023-09-26 12:47:47
ADNSU - da Anım Gününə həsr olunmuş tədbir keçirilib
2023-09-26 09:33:44
MDU - da magistrantlarla görüş keçirilib
2023-09-26 09:26:08
Bu universitetin 80 məzunu təhsillərini xaricdə davam etdirir
2023-09-25 17:19:49
Ötən tədris ilində AzMİU-da 72 elmi seminar keçirilib
2023-09-25 17:09:37
Əcnəbi müəllimlər AzTU-da elmi təcrübə proqramında iştirak edir
2023-09-25 14:13:26
kitabı
ÇOX OXUNANLAR
19 Sentyabr 2023, 13:15
Müəllimlərin sertifikasiyada ən çox etdikləri SƏHVLƏR

21 Sentyabr 2023, 15:14
İki fənn tədris edən müəllimlərin sertifikasiyası necə olacaq? - RƏSMİ

19 Sentyabr 2023, 10:31
15 region üzrə 51 baldan çox toplayan müəllimlər - STATİSTİKA

22 Sentyabr 2023, 15:22
Müəllimlərin sertifikasiya balı yerdəyişmədə nəzərə alınacaq? – Rəsmi

19 Sentyabr 2023, 15:21
Edinburq Universitetinin azərbaycanlı “istedad”ı - “İllik təqaüdüm 100 minə çatacaq” - MÜSAHİBƏ

21 Sentyabr 2023, 13:27
Bağçalara işə qəbulun vaxtı ilə bağlı rəsmi AÇIQLAMA

25 Sentyabr 2023, 11:58
Vakant yerlərə yeni müəllimlər TƏYİN EDİLDİ

20 Sentyabr 2023, 14:51
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi başlayır

FACEBOOK