Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-19 12:28:00
İntizamı pozan şagirdə verilən xəbərdarlıq kartları-VALİDEYNLƏRİNƏ GÖNDƏRİLƏCƏK  

“Davranış pozuntuları ilə bağlı şagirdə verilən kartlar və pozuntular onun evinə göndəriləcək”.

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev Təhsil TV-nin “Təhsil masası”verilişində deyib.

 

“Şagird əks cinsə qarşı davranış pozuntuları etməməlidir. O, davranışlarına fikir verməlidir, əks halda onunla bağlı uzaqlaşdırma qərarı alınacaq.

 

Şagirdlərin müsbət davranışları da qiymətləndiriləcək, şagird davranış qaydaları yalnız qadağalardan ibarət deyil”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları