Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-27 13:01:00
Müəllimlər Ağalı məktəbinə nə zaman təyin olunacaqlar?- CAVAB

 

 

 

“Bu il bizim üçün ən vacib hadisələrdən biri də uzun müddət sonra Ağalı kəndində yerləşən məktəbdə ilk zəngin çalınması, tədrisin başlamasıdır”.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev qeyd edib.

 

Nazir məktəbə müəllimlərin qəbulu üçün köç prosesinin yekunlaşmasının gözlənildiyini söyləyib:

 

“Uzun illər sonra bizə bu sevinci yaşadığı üçün Azərbaycan orudu və Ali Baş Komandana öz təşəkkürümü bildirirəm. Bizim üçün çox gözəl hadisədir. İllər sonra Ağalıda tədris bərpa olunacaq. Məktəbə direktor təyin olunub,amma müəllimlərin işə qəbulu ilə bağlı köç prosesinin başa çatmasını gözləyirik. Proses başa çatdıqdan sonra şagird sayını müəyyən edərək, bu istiqamətdə daha dəqiq addımlar ata bilərik”.

 

“Bilirsiniz ki, təhsilimizdə ən problemsiz məsələ kifayət qədər çox sayda peşəkar müəllimlərin olmasıdır. Bu baxımdan çətinlik çəkəcəyimizi düşünmürəm”-deyə, nazir qeyd edib.