Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-13 15:57:00
Tələbələr üçün “Zamanın idarə olunması” mövzusunda təlim təşkil edilib  

“AVT Logistika” şirkətinin layihə meneceri və təlimçisi Turqay Abdullayevin Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin Logistika və nəqliyyat texnologiyaları kafedrasının tələbələri ilə görüşü təşkil olunub. BMU-da baş tutan görüş çərçivəsində “Zamanın idarə olunması” mövzusunda təlim də keçirilib.

 

AzEdu.az xəbər verir ki, adıçəkilən kafedranın müdiri, dosent Bəxtiyar Namazov şirkətin nümayəndəsinə təlimin təşkili təşəbbüsünə dəstək verdiklərinə görə təşəkkür edib və belə təmasların tədrislə istehsalın vəhdətini yaratmaq, tələbələrdə praktiki biliklərə maraq oyatmaq yönündə əhəmiyyətini vurğulayıb.

 

Öz növbəsində T.Abdullayev “AVT Logistika” şirkəti haqqında geniş məlumat verib və hazırda BMU tələbələrinin şirkətdə təcrübə keçdiyini fikirlərinə əlavə edib.

 

Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev, dosent Nicat Kərimov, ass. Əli Qocayev və Fuad Həsənovun iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.

 

Sonra təlimçi logistik meyarlar üçbucağında zamanın əhəmiyyəti, təchizat zəncirində zaman faktoru, zamanın planlaşdırılması və idarə olunması barədə geniş tədqimatla çıxış edib.

 

Təlim tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

 

Qeyd edək ki, Veysəloğlu şirkətlər qrupuna daxil olan “AVT Logistika” Qafqazın ən böyük anbarı sayılır və ölkənin gündəlik istehlak mallarına olan tələbatının böyük bir hissəsini təmin edir. Anbarların sistemli şəkildə idarə edilməsi üçün ən qabaqcıl proqram təminatlarından və texnologiyalardan istifadə olunur.