Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-15 14:46:00
Rusiyanın təsiri azalır,diqqətlər Türkiyəyə çevrilir-Xarici təhsildə balans DƏYİŞİR

 

Rusiya-Ukrayna müharibəsi xarici təhsil sferasında balansı dəyişir.

 

Hər il xarici ölkələrə 150  minə yaxın tələbə göndərən Rusiyanın xaricdə təhsil bazarına təsiri mövcud müharibə səbəbilə azalır.

 

Belə olduqda Kanada, İngiltərə və Avropa ölkələri yavaş-yavaş diqqətləri Türkiyədən gələcək tələbələrə yönəldir.  

 

AzEdu.az xəbər verir ki, son bir neçə gündə Türkiyəyə Kanada universitetlərinin təmsilçilərinin gəlməsi, Xaricdə Təhsil Sərgilərinin 20 ölkənin 150 ali təhsil müəssisələrini bir araya gətirməsi bu istiqamətdə türkiyəni yenidən diqqət mərkəzinə çevirdi.

 

Sərgilərdə universitetlərin təqaüd imkanları haqqında məlumatlar təqdim edilib.

 

Sərginin baş direktoru bu il tələbələr veriləcək təqaüdün miqdarının artırıldığını bildirərək, başqa güzəştlərin də olduğunu qeyd edib:

 

“Tələbələr hər il müxtəlif endirimlər və təqaüdlərlə təmin edilirdilər, amma bu səviyyət ciddi dərəcədə artırılıb. İngiltərənin ən nüfuzlu universitetləri istedadlı tələbələrə 50%, 70%, hətta 100% tam maliyyələşdirilən təqaüdlər təklif edir. Bununla yanaşı bir çox təhsil müəssisələri sərgidə iştirak edənlərdən müraciət və qeydiyyat üçün ödəniş tələb etmirlər, əksinə müxtəlif endirimlər təqdim edirlər.