Azedu.az

Rezidenturaya qəbul olanların qeydiyyatı oktyabrın 12-dən 15-dək aparılacaq

6 Oktyabr 2021, 12:44
Rezidenturaya qəbul olanların qeydiyyatı oktyabrın 12-dən 15-dək aparılacaq

Rezidenturaya qəbul olanlar tələb edilən sənədləri 2021-ci il oktyabrın 12-dən 15-dək müvafiq qurumların (Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul olmuş şəxslər Müdafiə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan MR Səhiyyə Nazirliyinin, Tibb Universitetinə və digər klinik bazalara, o cümlədən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinin) müəyyən etdiyi müəssisələrdə yaradılmış işçi qrupa təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

 

Bu barədə  AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, daha ətraflı məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında yerləşdiriləcək.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox