Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-06 12:00:00
Boş qalan yerlərə ixtisas seçimi ərizəsi necə yazılmalıdır?-DƏQİQ İZAH

Boş qalan yerlərə ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

 

Birinci turda qəbul olan abituriyentlər boş qalan yerlərin, eləcə də 11 illik bazada kolleclərin seçiminə buraxılmırlar.

 

DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, ixtisas seçimi ərizəsində abituriyentlərə ümumilikdə 20 yer verilir. Hər ikisi üzrə (ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları və orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisasları) seçim edirsiniz.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları