Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-11 16:00:00
Təhsil Nazirliyi: Bu il XI sinfi 84 069 şagird bitirir  

2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirəcək. IX sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2020-2021-ci tədris ilində respublika üzrə ümumi təhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub.

2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.