Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-13 16:51:00
Koronavirusu  56 il öncə  kəşf edən elm insanı –Heç kim ona inanmadı-FOTO  

Dünyada milyonlarla  insanın xəstələnməsinə səbəb olan Covid-19-un aid olduğu koronavirus ailəsinin insana yoluxan ilk növü 1964-cü ildə Dr. Cun Almeyda tərəfindən görüntülənərək  təsbit edilib.

 

Bütün dünyanı öz təsiri altına alan yeni növ koronavirus Covid-19 üzərində dünyanın dörd bir tərəfindən olan elm adamları öz fəaliyyətlərini davam etdirirlər. Virusun mənbəyindən tutmuş vaksinin tapılmasına qədər bir çox sahədə araşdırmalar aparılır.

 

AzEdu.az xəbər verir ki, yeni növ koronavirusun tam şəkildə öyrənilməsi ilə bağlı çalışmalar davam edir, ancaq bir çox fərqli növü olan olan koronavirus əslində 56 il öncə kəşf olunub.

 

İnsana yoluxan ilk koronavirus növü 1964-cü ildə Dr. Cun Almeyda tərəfindən Müqəddəs Tomas Tibb Məktəbində kəşf edilib. 1960-cı ildə Surrey şəhərində qrip olduğu təxmin edilən bir tələbənin burun yumasından alınan nümunədəki virus hissəciklərini incələyən Dr. Almeyda koronavirusu (B814) təsbit etdi və onu mikroskopda görüntüləyən ilk elm insanı oldu.

 

Dr. Almeyda əvvəllər siçan hepatitlərini və toyuq bronxitini incələyərkən də bənzər hissəcikləri gördüyünü açıqlayır. Cun Almeyda vacib kəşfə imza atsa da, koronavirus haqqında hazırladığı məqalə müraciət etdiyi akademiya tərəfindən rədd edilir, səbəb olaraq isə  görüntülərin qrip virusu hissəciklərinin pis çəkilmiş fotosu olduğu deyilir.

 

İnsana  yoluxan ilk koronavirus olaraq təsbit edilən B814 haqqında ancaq 1965-ci ildə “British Medical Journal”– da  yazılır. Virusun ilk şəkilləri isə 1967-ci ildə “General Virology Journal”da nəşr olunur. Koronavirusun adı da bu araşdırmaların nəticəsində qoyulub.

 

Professor Toni Vatersonla birliktə çalışan Dr. David Tirrel və Dr. Cun Almeyda virusun xarici tərəfində taca bənzər hissələr olduğuna görə bu virusa koronavirus adını verirlər.

 

Dr. Cun Almeyda uzun müddət öz araşdırmalarına davam edir. O, Müqəddəs Tomas Tibb Məktəbindən sonra “Wellcome” İnstitunda çalışmağa başlayır, burada da virusun görüntülənməsi ilə bağlı araşdırmalarda iştirak edib. Son olaraq isə 1980-ci ildə QİÇS virusunun fotosunun çəkilməsində yer alıb.

 

Koronavirusu görüntüləyən ilk elm insanı olaraq tarixə düşən Dr. Cun Almeyda 2007-ci ildə 77 yaşında vəfat edib.

 

Cun Almeydanın bu ölümcül virusu aşkara çıxarmasından 56 il sonra isə insanlar pandemiyaya çevrilən koronavirusa qarşı mübarizə aparırlar.