Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-07 16:17:00
AMEA Yüksək Texnologiyalar Parkına icraçı direktor təyin olunub  

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) yeni təyinat olub.



AzEdu.az xəbər verir ki, YT Parkına icraçı direktor təyin olunub.

 

Bu vəzifəyə Zaur Şirəli oğlu Nəhmətov təyinat alıb.

 

Qeyd edək ki, Z.Nəhmətov Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsili alıb. Hazırda Bakı Dövlət Universitetinin dissertantıdır. O, uzun illər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində fəaliyyət göstərib, həmçinin özəl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.(Report)