Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-30 12:36:00
İsveçrə təhsilinin uğur sirri, özəllikləri - ARAŞDIRMA

 

 

İsveçrə  sadəcə  gözəl  təbiəti  ilə  deyil, eyni  zamanda  təhsil  sistemi  ilə  də  diqqətləri  özünə  çəkən  ölkələr  sırasındadır.

 

Buranın  təhsil  sistemi  ilə  digər  ölkələr  arasında  fərqlər  olduqca  çoxdur.

 

Məcburi  təhsil  müddəti, tədris  pillələri, universitetlərə  qəbul  prosesi  fərqli  şəkildə  tənzimlənir.

 

AzEdu.az  maraqlı  detallar  və  yeniliklərlə dolu  İsveçrə  təhsil  sistemi  haqqında  araşdırmanı  təqdim  edir.

 

İsveçrədə  hər  əyalətin  özünəməxsus  tədris sistemi  mövcuddur. Məsələn, bəzi  əyalətlərdə  ibtidai  təhsilin  müddəti  4, bəzilərində  5, bəzilərində  isə  6  ildir.

 

Ancaq  əksər  əyalətlərdə  6  il  davam  edir. Bununla  əlaqəli  olaraq  orta  təhsil  səviyyəsinin  birinci  mərhələsi  3, 4  və ya  5  il  müddətindədir. Ancaq  burada da  müddəti  3  il  olanlar  çoxluq  təşkil  edir. Bəzi  ölkələrədə  olduğu  kimi  burada  da  şagirdi    universitetə  hazırlayan  və  buranı  bitirdikdə  aldığı   attestatla  birbaşa  ali  təhsil  pilləsinə  qəbul  olma  imkanı  yaradan  məktəblər (gimnaziyalar)  fəaliyyət  göstərir. Bu  məktəblərə  şagird  qəbulu  bəzi  əyalətlərdə  ibtidai  təhsildən, bəzilərində  ümumi-orta  təhsil  pilləsindən, bəzilərində  isə  elə  bu  pillədə  təhsil  alarkən  aparılır.

 

İsveçrədə  bağçalar  və  məktəbəhazırlıq  müəssisələri  regionun  təhsil  şöbələrinin  rəhbərliklərinə  tabedir:

Bu  ölkədə  hər bir  uşaq  ən  azı  bir  il bağçaya  pulsuz  getmək  hüququna malikdir. Bəzi əyalətlərdə isə  bu müddət iki ilə qədər ola bilər. Uşaq  bağçaları  məcburi  təhsil  müddətinə  daxil olmasa da, bu  yaş  qrupunda  olan  demək  olar  ki,  bütün uşaqlar  bağçaya  gedirlər. Çünki  bu, ibtidai  təhsil  səviyyəsinə  uyğunlaşmalarını  asanlaşdırır. Əsas  məqsəd  böyük  bir  qrupda  uşağın özünə inam  və inkişafını təmin etməkdir. Bu mərhələdə fərqli mədəni anlayışlara və tolerantlığa böyük əhəmiyyət verilir, uşağın bir çox şeyi öyrənməsi üçün  imkanlar  yaradılır. Uşaq  bağçaları  yerləşdikləri  regionun  təhsil  şöbəsinin  idarəçiyindədir. Bu region  təhsil  şöbələri  də mərkəzi hökumətdən asılıdır. Təhsil  müəssisələrinə  nəzarət  isə regional məktəb rəhbərliyi tərəfindən təyin olunmuş müfəttişlər tərəfindən  həyata  keçirilir.

 

Bu  ölkədə  məcburi  təhsil  müddəti  digər  ölkələrlə  müqayisədə  azdır  və  əyalətlər  üzrə  fərqli  şəkildə  tənzimlənir:

 

İsveçrədə məcburi  təhsil  müddəti  9  ildir. Ancaq  ibtidai  və  orta  təhsil  səviyyələrində bu  müddət   əyalətlər  üzrə  dəyişir. Bəzilərində ibtidai  təhsil  6 il, bəzilərində 5 il, bəzilərində  isə  4 ildir.  Bir  çox  əyalətdə  ibtidai  təhsil  müddəti  6  il  davam  edir, bu  müddətdə  şagirdlərə  hər  əyalət  üzrə  fərqli   dil  tədris  olunur.  Bundan sonra  2 və ya 3 il  ümumi - orta  tədris  pilləsində  təhsillərini  davam  etdirirlər.  Bununla  yanaşı   təhsil  göstəriciləri  yuxarı  olan  şagirdlər  üçün ayrıca  məktəblər  (gimnaziyalar)  da fəaliyyət  göstərir.  Gələcəkdə kolleclərdə və ya universitetlərdə təhsilini  davam  etdirməyi  düşünən  şagirdlər  gimnaziya və ya matura  adlanan  məktəblərə  gedir, 6 il sonra  tam  orta  təhsil  pilləsini  bitirmək  üçün  Matura  adlanan  imtahan  verirlər.

 

İbtidai  təhsil  pilləsi  şagirdin  bacarıqlarına  əsasən  iki  hissəyə  bölünür:

 

İbtidai  təhsil  məcburi  təhsilin  birinci  səviyyəsini  təşkil  edir  və Primarstufe  adlanır. Təməl  tədrisin  bu mərhələsində şagirdlərin diqqətlə  düşünmə  və  öyrənmə təhsili tamamlanır, xarakter formalaşdırılması  və  fiziki  qabiliyyətləri  inkişaf  etdirilir. Bundan əlavə, şagirdlərə  müstəqil  və  komanda  ilə  işləmə  bacarığı  aşılanır. Təhsilin  bu  mərhələsi   əyalətlərdə  adətən   6  il  davam  edir və  ikiyə  yerə  bölünür:

 

Adi dərslər (Regelklasse der Primarstufe): Təhsilə və təlimə normal  şəkildə  davam  edə  biləcək  şagirdlər  bu  siniflərə  daxil  edilir.

 

Kiçik siniflər (Kleinklassen der Primarstufe): Daimi siniflərə uyğunlaşa bilməyən, öyrənmə  çətinliyi  olan  şagirdlər də bu siniflərdə  təhsillərinə  davam  edirlər

 

İsveçrədə  ümumi -orta   təhsil  pilləsi  üzrə  bir-birindən  fərqli  məktəb  növləri  fəaliyyət  göstərir  və  hər  birinin  tədris  planı  fərqlidir:

 

Ümumi-orta təhsil  məcburi  təhsil  məcburi  təhsilin  ikinci  mərhələsini  təşkil  edir  və  Sekunderstufe  adlanır.Ümumi  olaraq  6-cı  sinifdən  etibarən  başlayır  və  təhsil  müəssisənin  növünə  görə  2-3  il  davam  edir. Bu  mərhələdə  məktəblər  məktəb  növləri  və müddətləri  aşağıdakı  kimidir:

 

-Kleinklasse der Sekundarstufe: Bu məktəblər  7-8-ci  sinif  şagirdlərini  əhatə  edir. Şagirdləri  yetkinlik  mərhələsinə  keçməsində kömək edə biləcək hərtərəfli tədrislə  təmin  edir.

 

 

- Oberschule: İncəsənət  məktəbləri səviyyəsində olan bu məktəblər 7 və 8-ci sinifləri əhatə edir. Şagirdlər  bacarıqlarına uyğun bir peşə qazanmaları  istiqamətində  yetişdirilir.

 

 

- Realschule: 7, 8  və  9-cu sinifləri əhatə edən bu tip məktəblər, şagirdlərin bacarıqlarına uyğun olaraq sənət əldə etmələrini təmin edir və onları peşə yetkinliyinə hazırlayan digər məktəblərə keçmələrini asanlaşdıran təlim verir.

 

- Unterstufe und erster Teil Mittelstufe Gimnaziyaları:  Bu məktəblərdə  təhsil  göstəriciləri  yüksək  şagirdlər, 7 və 8-ci siniflərdə təhsil  pilləsinin  digər mərhələsinə  hazırlaşırlar. 9-cu  sinifdən etibarən şagirdlər  İsveçrə F ederasiyasının  hüquqlarına  əsasən, təhsillərini yüksək səviyyədə (universitet) bitirmək üçün hazırlıqlarına başlayırlar.

 

- Sonderschule: Bu  məktəblərdə  öyrənmə  çətinliyi olan şagirdlər zehni, fiziki, mənəvi və sosial inkişaflarını  xüsusi təhsil metodları ilə tamamlayırlar. Kifayət qədər dil bilməyən  xarici  uşaqlar  bu məktəblərə göndərilə bilər.

 

İsveçrədə  tam  orta  təhsil  pilləsi  üzrə  məktəblər  3  fərqli  növə  bölünür:

 

  1. a) - REALCHULE: Bu məktəblərdə şagirdlər ümumi mədəniiyyət və peşələr haqqında məlumat əldə edirlər. Realschule-i bitirən  qız   və oğlan  şagirdlər  ümumiyyətlə sənətkarlıq və sənaye sahəsində bir peşələrə  üstünlük  verirlər.

 

  1. b) - SEKUNDARSCHULE: Bu məktəblərdə şagirdlərə ümumi mədəniyyət aşılanır. Bu məktəbdə istedad tələb edən peşələr üçün lazımi mühit yaradılır. Məktəbi yaxşı dərəcələrlə bitirən tələbələr Diplommittelschule -ə,  yəni  bir  sonrakı  mərhələyə  gedə bilərlər.

 

  1. c) - BEZIRKSCHULE: Ən çox  bacarıq, bilik  və  müvəffəqiyyət tələb edən orta məktəb tipidir. Bu məktəb həm peşə öyrənmək istəyənləri, həm də növbəti  mərhələyə  keçmək   istəyənləri  hazırlayan orta məktəb tipidir. Bu məktəblərdə şagirdlər məcburi kurslar xaricində seçmə kurslar  da  keçməlidirlər. Məktəblərin məzunları sənaye, ticarət və sənətkarlıq sahələrində çalışırlar və yüksək müvəffəqiyyət göstərən  şagirdlər  bir  sonrakı  təhsil  pilləsinə  davam edirlər.

 

Bu üç məktəbə  qatılan şagirdlərə  1-ci sinifdən  5-ci  sinifədək ibtidai  təhsildəki  göstəricilərinə  görə müəllim tərəfindən rəhbər tutulur. Bu istiqamətləndirmələr "Schulpflege" adlı  təhsil  nəzarətçiləri  tərəfindən  edilir.

 

 

Valideyn  övladını  nəzərətçi  tərəfindən  tövsiyə  edilən  məktəbə  göndərmək  istəmədikdə, şagird  digər  məktəbə  qəbul  üçün  imtahan  verməlidir:

5-ci sinif  müəllimlərinin tövsiyələrinə uyğun olaraq bu şagirdlər haqqında məlumat təhsil nəzarətçilərinə  verilir və Schulpflege, şagird  haqqında məlumatların  hansı məktəbə göndərdiyini valideynlərə bildirir. Əgər  valideynlər  həmin  məktəb  rəhbərliyindən  razı deyilsə, bu  zaman  şagird  Sekundar və ya Bezirkschule adlı məktəblərə  qəbul  imtahanı  verməlidirlər. Sekundarschule / Bezirkschule-a qəbul   olmaq  hüququ qazanan bütün  şagirdlər  sınaq  müddətindən  keçməlidirlər. Bu  mərhələni  uğurla başa vura  bilməsələr, yanvar ayının sonunda  həmin  məktəbdən  aşağı məktəbə atılacaqlar. Bezirkschule-ə getmək üçün ortalama  bal  10  üzrərindən  ən  azı  5 olmalıdır.

 

Şagird   bu  məktəblər  arasından  bir  sonrakı  təhsil  pilləsinə  keçid  edə  bilər. Hər il bir imtahan  hüququ verilir. Təhsil  göstəriciləri  yüksək  olan  şagirdlər, müəllim tövsiyə edərsə, bu imtahanlarda iştirak edə bilər və nəticələri  yaxşı  olduğu  təqdirdə daha yüksək səviyyəli bir məktəbə keçə bilərlər. Məsələn, Realschule'dan Sekundarschule'ye, Sekundarschule'dan Bezirkschule'ye gedə bilər. Ancaq bu keçidlərdə 1 il itirirlər. 6-cı sinfi bitirən şagird növbəti məktəbə keçmək hüququ qazandıqda, şagird keçdiyi məktəbdə 6-cı sinfi təkrarlayır. Bu, Bezirkschule  üçün  də  keçərlidir.

 

Göründüyü kimi, valideynlər və müəllimlər  bu prosesi çox yaxşı izləməlidirlər

 

Digər  ölkələrdən  fərqli  olaraq  İsveçrədə  yetkinlik  diplomu  verən  məktəblər  də  mövcuddur. Şagird  daha  bu  diplomla  təhsilini  universitetdə  davam  etdirə  bilir:

 

Diplom  verən orta məktəblər, peşə təhsili və  tam  orta  təhsil  müəssisələri  ilə yanaşı  üçüncü bir  seçimdir  və  3 il müddətində  davam edir. Bu məktəblər məcburi təhsil  müddətini  başa vurduqdan sonra ümumi  olaraq   təhsillərini dərinləşdirmək, şəxsiyyətlərini inkişaf etdirmək və xüsusilə sağlamlıq, sosial, təhsil, təsviri  incəsənət və xidmət sahələrində daha çətin peşələrə keçmək istəyən gənclər üçündür. Diplom verən orta məktəblərə daxil olmaq üçün məcburi  təhsilin son ilini (9-cu sinif) yaxşı səviyyədə başa vurmaq lazımdır.

 

1- Diplammittelschule: Bu tip məktəblər 10, 11 və 12 sinifləri əhatə edən 3 illik bir kursdur və peşəyə keçidi təmin edir.

 

2- Zweiter Teil Mittelstufe und Oberstufe Gimnaziyaları:  Təhsil

 göstəriciləri  yüksək olan şagirdlər  bu  məktəblərdə  təhsillərini  davam  etdirirlər. Bu  təhsil  müddəti  şagirdlərə  "cəmiyyət  üçün

yetkinlik  sertifikatı"  almalarına  şərait  yaradır.

 

3- Berufschulen: Bu  məktəblərdə  şagirdlər  sadəcə  peşə  istimaətli  təhsil  alırlar.

 

4- Əyalət Məktəbləri (Kantonschulen): Bezirkschule və Sekundarschule'u bitirənlər gedə bilər. Belə dövlət məktəblərində şagirdlər  universitet, kollec  və peşə   məktəblərinə  qəbul  üçün hərtərəfli  təhsil alırlar. Bu məktəblər Gimnaziya və Diplommittelschule olaraq ikiyə ayrılır. Əyalət  məktəblərinə  yalnız Bezirkschule'yi yaxşı başa vuranlar gedə bilər. Bu  məktəbləri bitirənlər Universitetə girmək hüququ qazanırlar. Kantonschulen  bir Lisey / Gimnaziya tərzi məktəbidir.

 

5- D.M.S. (Diplommittelschule): İki illik bir məktəbdir. Peşə  istiqamətli  təhsil  ilə  Matura  təhsili arasındakı bir məktəb növüdür. Bu məktəblər  könüllüdür, şagirdlər  istəyə əsasən məcburi təhsildən sonra iştirak edə bilər. Sekundarschule və Bezirksche'yi bitirənlər bu məktəblərə  rahatlıqla  gedə bilərlər. Peşə təhsili; Sağlamlıq təhsili, sosial təhsil, inzibati işlər, nəqliyyat təhsili, musiqi və sənət sahələrini  əhatə  edir.  Bu məktəblər normal olaraq iki il  idi, lakin üç illik təhsil alanlara daha çox üstünlük verilirdi. Buna görə bu məktəblər üç ilə qədər artırıldı.

 

Tam  orta  təhsil  pilləsinin  sonunda  məktəblərdən  alınan  diplomlarla  şagirdlər  təhsillərini  İsveçrənin  hər  bir  universitet  və  ali  təhsil  müəssisəsində  davam  etdirə  bilərlər.

 

Peşə  təhsili  ya  sırf  məktəblərdə  nəzəri  formada,  ya  da  hər  hansı  bir  müəssisədə  həyata  keçirilir:

 

Peşə  təhsili  3-4  il davam edir. Az  sayda  da  olsa  təhsil  müddəti  iki  il  olan  peşə  məktəbləri  də  var. Peşə  təhsili  iki  hissədən  ibarətdir. Birincisi, bir iş yerində praktik iş (şagirdlik təlimi), ikincisi, peşə  məktəbində  peşə  nəzəriyyəsi və ümumi  təhsil.  Həftənin 3-4 günü sənayedə, sənətkarlıqda və ya ticarətdə kiçik və ya böyük bir işdə reallaşan praktiki təhsil hissəsində gənclərə əvvəldən öyrənmək və gələcəkdə şirkətdə məhsuldar olmaq imkanı verilir.

 

Təlimin ilk  həftələrində  gənclərə hazırlıq  kursları  keçirilir. Bu kurslarda gənclər seçdikləri peşənin tələb etdiyi  əsas  bacarıqlarla təmin olunur. Hazırlıq kurslarının müddəti seçilən peşəyə görə dəyişir və 10 həftəyə qədər davam edə bilər. Böyük müəssisələrdə hazırlıq kursları ümumiyyətlə şirkətdə, kiçik müəssisələrdə, peşə birliklərinin tədris mərkəzlərində və qismən İsveçrənin müəyyən bir bölgəsində keçirilir. Peşə məktəbində işdə praktiki biliklər həftədə 1-2 gün nəzəri olaraq dərinləşdirilir. Məktəbdə peşə bilikləri, riyaziyyat, dil və idman dərsləri verilir. Xüsusilə göstəriciləri  yaxşı olanlar, bir peşə liseyinin yetkinlik diplomunu da ala bilərlər. Dərsi  izləməkdə çətinlik çəkənlər əlavə  dərs   almaq  imkanına  sahibdirlər.

 

Bəzi  universitetlər  attestat  və  qəbul  imtahanı  əvəzinə, sadəcə  məktəbdən  verilən  yetkinlik  diplomu  ilə  tələbə  qəbul  edir:

 

Universitetə qəbul  şərtləri  də əyalətlər  üzrə  dəyişir. Bəzi universitetlər  sadəcə  yetkinlik  diplomu  ilə tələbə qəbul edərkən, bəzi  əyalətlərin  ali məktəbləri "hazırlıq  sinfi və qəbul imtahanı" şərtləri ilə 12-13 il sonunda verilən orta təhsil diplomlarını (attestat)  qəbul edə bilərlər. Bəzi universitetlərdə bakalavr dərəcəsindən sonra magistratura  yoxdur. Bakalavr  diplomu  ilə  birbaşa  doktorantura  səviyyəsində  təhsil  almaq  mümükündür. Bəzilərində  isə (məsələn, Sürix Universiteti), Türkiyə  və  Azərbaycandakı   kimi "bakalavriat + magistratura  + doktora" səviyyələri  mövcuddur(məsələn, Cenevrə Universiteti).

 

 

Əyalətlər  üzrə  təhsil sistemləri arasındakı fərqlər çoxdur. Tədris planı, gündəlik və həftəlik dərs cədvəlləri, tətillər, məktəb idarəetmə tərzləri və nəzarət sistemləri kimi hər səviyyədə bir çox fərqli  nüans  var.