Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-07 12:16:00
Elmar Qasımov:“O zaman hələ 26 yaşım tamam deyildi,  ən gənc nazir müavini oldum” - FOTO

 

“Təyinat  zamanı  Ulu  Öndərimiz  Heydər  Əliyevin  mənə  dediyi  sözlər, tövsiyələr bu gün də  fəaliyyətimin  əsasını  təşkil  edir”

 

AzEdu.az  xəbər  verir  ki, bunu  Bakı  Ali  Neft  Məktəbinin  rektoru  Elmar Qasımov  öz  facebook  hesabında  bildirib.

 

Rektor  paylaşımında  nazir  müavini  təyin  olunması  ilə  bağlı  xatirəsini  bölüşüb:

 

“1999 -cu  ilin  aprelin 7- də Ulu Öndərimiz  Heydər  Əliyev  məni  qəbul edərək  Azərbaycan  Respublikasının Təhsil  nazirinin  müavini  təyin  etdi.O zaman  hələ  26  yaşım  tamam  olmamışdı. Azərbaycanda  ən  gənc  nazir  muavini  oldum”

 

O, Ulu  öndərin  tövsiyələrini  xatırlayaraq  qeyd  edib:

 

“Böyük  Liderimizin  dediyi  bir  fikri  isə  həmişə  dönə - dönə  təkrarlayıram.

 

“Həyatda  insan  hər  şeyi  öyrənir. İki  keyfiyyətdən  başqa. Sədaqət  və  cəsarət. Bu  keyfiyyətlər  insanın  qanında  olur”.

 

Bu  tarixi  görüşdən  21  il   keçir. Bu  gün  də  sədaqətlə  Prezidentimə, Millətimə, Dövlətimə  xidmət  edirəm”.