Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-27 11:33:00
Vakant dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibələrdə iştirak üçün ərizə qəbulu davam edir

Martın 15-də elan edilmiş ümumi müsahibədə iştirak edən dövlət orqanları üzrə işləmək istəyən namizədlərin ərizə qəbulu mərhələsi davam edir.

 

AzEdu.az-ın məlumatına görə, ümumi müsahibədə iştirak etmək üçün ərizə qəbulu aprelin 13-də yekunlaşacaq.

 

Qeyd edək ki, ümumi müsahibəyə 12 dövlət orqanında 46 vakant vəzifə - Hesablama Palatası 1, Maliyyə Nazirliyi 4, Kənd Təsərrüfatı Nazirliyi 9, Dövlət Statistika Komitəsi 3, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi 2, Diasporla İş üzrə Dövlət Komitəsi 1, Milli Arxiv İdarəsi 1, Qida Təhlükəsizliyi Agentliyi 20, Dövlət Turizm Agentliyi 1, Məhkəmə-Hüquq Şurası 2, Gəncə İnzibati Məhkəməsi 1, Gəncə Kommersiya Məhkəməsi 1 yer çıxarılıb.