Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-03 15:18:00
Azərbaycanda orta ixtisas təhsili alan əcnəbi tələbələrin sayı açıqlandı  

 

Azərbaycanın dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində 2019/2020-ci tədris ilində xarici ölkələrin 75 vətəndaşı təhsil alıb. Onların 32-si MDB ölkələrinin, 43-ü isə digər ölkələrin payına düşür. Əcnəbi tələbələrin sırasında Rusiya və Gürcüstan vətəndaşları üstünlük təşkil edirlər.

 

AzEdu.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2020” məcmuəsində əks olunub.

 

Məcmuədə bildirilir ki, ölkəmizin orta ixtisas məktəblərində təhsil alan əcnəbi tələbələrin sayında artım müşahidə olunub. Belə ki, Azərbaycanın dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində 2017/2018-ci tədris ilində 55, 2018/2019-cu tədris ilində isə 65 əcnəbi tələbə təhsil alıb.