Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-30 14:08:00
Övladlarını məktəbə göndərməyən valideynlər cərimələnəcəklər - XƏBƏRDARLIQ

“İngiltərədə sentyabr ayında övladlarını məktəbə göndərməyən valideynlər cərimə olunacaqlar”.

 

AzEdu.az “BBC News”a istinadən xəbər verir ki, bu sözləri İngiltərənin təhsil katibi Qavin Uilyamson söyləyib.

 

Onun sözlərinə görə, şagirdlərin dərslərdən qalmaları üçün yaxşı bir səbəb olmadıqda ailələrə cərimələr tətbiq olunacaq.

 

Bu qərarla bağlı fikir bildirən baş müəllimlər ilk başda cərimənin doğru yanaşma olmadığını qeyd ediblər:

 

“Küçədə koronavirusa yoluxma qorxusu var. Bu səbəbdən valideynləri məktəbəqayıdışın etibarlı olduğuna inandırmaq lazımdır”.

 

Qavin  Uilyamson bildirib ki, əgər koronavirusun yayılmasında artım müşahidə olunmazsa, cərimələrlə birlikdə məktəbə getmək yenidən məcburi hala gətiriləcək:

 

“İcbari təhsilə geri dönməliyik və əslində, pul cəzaları da bunun bir hissəsidir”.

 

“Payızda məktəbəqayıdış sosial məsafə qaydalarına əsaslanmayacaq. Bütün şagirdlərin sentyabr ayında məktəbə gəlmələri tələb olunur. Əgər icazəsiz dərslərdən geri qalarlarsa, mütləq cərimələr tətbiq olunacaq”, -deyə cənab katib sözlərinə əlavə edib.