https://www.zirve.edu.az/
29.04.2020 18:23
BDU professorunun məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub
Çap et

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biofizika və molekulyar biologiya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllifi olduğu “ Mapping local patterns of childhood overweight and wasting in low and middle-income countries between 2000 and 2017” (“2000 - 2017-ci illərdə aşağı və orta gəlirli ölkələrdə uşaq yaşlarında artıq çəki və çəki azlığı hallarının lokal modelinin xəritələşməsi”) adlı məqalə "Nature Medicine"  Beynəlxalq jurnalında dərc olunub.

 

 AzEdu.az  xəbər verir ki,  məqalədə 105 aşağı və orta gəlirli ölkələrdə 5 yaşınadək uşaqlar arasında stres amil kimi artıq çəki və çəki azlığının qlobal səhiyyəyə təsiri mövzusu araşdırılıb.

 

1995-ci ildən nəşr olunan "Nature Medicine" tibb sahəsində dünyanın ən məşhur və nüfuzlu jurnallarından biridir və impakt faktoru 30.641-dir. (2018 Journal Citation Reports®, Clarivate Analytics 2019)

 

Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiniz: https://www.nature.com/articles/s41591-020-0807-6