Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-04 14:29:00
Müəllimlərin əlbəəl axtaracaqları kitabın müəllifi: "Bir çox ölkələrdə oldum və..."-FOTO

 

 

Bu günlərdə Pedaqoji elmlər üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasovun “İnkişaf etmiş xarici ölkələrdə təhsil” adlı kitabı nəşr olundu.

 

Ənvər Abbasov 1999-cu ildən başlayaraq dünyanın qabaqcıl ölkələrinin təhsil strategiyasını öyrənmək üçün müxtəlif ölkələrdə ezamiyyətlərdə olub. Amerika, Kanada, Braziliya, Avstraliya və Avropanın inkişaf etmiş ölkələrinin təhsil strategiyasını araşdırıb və qeydlər aparıb. Kitab da məhz həmin qeydlərdən təşkil olunub. Həmin ölkələrdə həyata keçirilən təhsil siyasətləri, təhsilin pillə və səviyyələri, məzmunu, təşkili, qiymətləndirmə və s. məsələlər əhatə olunub.

 

 

Qeydlər elmi-pedaqoji xarakterdə olan faktları əhatə edir, buna baxmayaraq, oxunaqlı publisistik üslubun gözlənilməsi diqqət mərkəzində saxlanılıb.

 

 

Müəllif Ənvər Abbasov Azedu.az-a açıqlamasında yeni nəşr olunan kitabı haqda bunları deyib:

 

 “1999-cu ildən müxtəlif ölkələrdə ezamiyyətlərdə olurdum. Həmin səfərlərdən  sonra qeydlərimi topladım və kitab halında nəşr etdirmək qərarına gəldim. Kurikulum mərkəzinin rəhbəri olduğum dönəmdə bu işləri həyata keçirirdim.  Kitabın elmi redaktorları Pedaqogika üzrə elmlər doktoru, professor Fərrux Rüstəmov və Pedaqogika üzrə fəlsəfə doktoru Kəmalə Quliyeva oldu.

 

Kitab 108 səhifədən ibarət elmi-publisistik üslubda olan məqalələrdən ibarətdir. Dünya ölkələri ilə müqayisə də, Azərbaycan təhsilində də xeyli inkişaf var. Bu kitab daha çox araşdırma ilə məşğul olan təhsil tədqiqatçıları üçün nəzərdə tutulub. Həmçinin, müəllimlər, tərbiyəçilər, o cümlədən təhsillə maraqlanan hər kəs istifadə edə bilər”.  

 

Məlumat üçün bildirək ki, Ənvər Abbasov 2000-ci ildən Təhsil İnstitutunda direktor müavini vəzifəsində çalışır. 200-dən çox elmi-metodik və pedaqoji əsərin, o cümlədən 40-a qədər proqram, dərslik və kitabın müəllifidir.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları