Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-13 14:10:00
IX-cu sinif şagirdinin VIII Beynəlxalq Elmi-tədqiqat və yaradıcılıq müsabiqəsində uğuru

AzEdu.az xəbər verir ki, Moskvada keçirilən Məktəblilərin “Elmə start” VIII Beynəlxalq Elmi-tədqiqat və yaradıcılıq müsabiqəsinin birinci mərhələsinə yekun vurulub. Müsabiqədə iştirak edən AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, dosent Fizzə Məmmədovanın rəhbərliyi altında Naxçıvan Qızlar Liseyinin IX-cu sinif şagirdi Nuray Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının bəzi yeraltı sularının minerallığının təyini” adlı layihəsi diploma layiq görülüb.

Müsabiqənin münsiflər heyəti tərəfindən N.Məmmədova III dərəcəli qalib diplomu, elmi rəhbəri F.Məmmədova isə tələbələrin tədqiqat və yaradıcılıq fəaliyyətinin təşkili və aparılması sahəsində peşə fəaliyyətinin nəticələrinin tətbiqinə kömək etdiyinə görə “Yenilikçi pedaqoji işi” sertifikatı ilə təltif edilib.

F.Məmmədova və N.Məmmədova martın əvvəlində  Moskva şəhərində keçiriləcək Məktəblilərin “Elmə start” VIII Beynəlxalq Elmi-tədqiqat və yaradıcılıq müsabiqəsinin ikinci mərhələsində iştirak etmək üçün dəvət alıblar. Müsabiqənin ikinci mərhələsində məktəbli təqdim etdiyi layihəsinin təcrübi hissəsini əyani şəkildə nümayiş etdirəcək.

Qeyd edək ki, Naxçıvan Bölməsi və Naxçıvan Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində elmə marağı olan 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülərək, fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb ediliblər.