Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-30 15:30:06
Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin aylıq maaşlarına əlavələrdə artım olmalıdırmı? – Axtarılan cavab  

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələrdə artım olmalıdırmı?      

AzEdu.az çoxsaylı müraciətləri nəzərə alaraq cavabı təqdim edir.

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələrdə artım nəzərdə tutulmayıb.

Müəllimlərin aylıq vəzifə maaşları həftəlik dərs yükü nəzərdə alınmaqla müəyyən edilir. Belə ki, Belə ki, qaydalara əsasən, yalnız dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə şamil edilir.

AzEdu.az Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələrin siyahısını təqdim edir:

Sinif rəhbəri – bu halda maaşa 40 manat əlavə olunur;
Elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edənlər,Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslər, ümumi təhsil müəssisələrində istifadə edilən dərslik və ya müəllim üçün metodik vəsaitlərin müəllifləri – bu halda maaşa 45 manat əlavə olunur;

Fəlsəfə doktoru - bu halda maaşa 60 manat əlavə olunur;

Elmlər doktoru - bu halda maaşa 100 manat əlavə olunur;

Əməkdar (fəxri adı) - bu halda maaşa 100 manat əlavə olunur;

Xalq (fəxri adı) - bu halda maaşa 150 manat əlavə olunur;

Əgər iş yeriniz nizamnaməsi olan məktəb-liseydirsə - ümumi dərs yükünün 15%-i;

Lisey və gimnaziyalar, ümumtəhsil internat məktəbləri, internat tipli lisey və gimnaziyalar - ümumi dərs yükünün 15 %-i;

Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri - ümumi dərs yükünün 50 %-i;

Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq,

sahillə quru yol əlaqəsi olduqda - 1 müəllim stavkasının 40%-i;

quru yol əlaqəsi olmadıqda və sahildən 0,5 km-ə qədər - 1 müəllim stavkasının 50%-i;

0,5-70 km-ə qədər - 1 müəllim stavkasının 65%-i;

70 km-dən çox - 1 müəllim stavkasının 75%-i;

Susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən uzaqda yerləşən müəssisə, idarə, təşkilatlar,

  • 20-40 km - Ümumi dərs yükünün 20%-i;
  • 40 km-dən çox - Ümumi dərs yükünün 40%-i;

Dəniz səviyyəsindən hündürlükdə yerləşəməsinə görə,

  • 1200-1500 metr - Ümumi dərs yükünün 10%-i;
  • 1500-2000 metr - Ümumi dərs yükünün 20%-i;
  • 2000 metrdən yuxarı - Ümumi dərs yükünün 30%-i;

H1 – maaşa əlavə 60 manat (vergi tutulmur);
H2 – maaşa əlavə 160 manat (vergi tutulur).

Qeyd edək ki, 18 iyunda Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artırılıb.