Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-03 13:25:00
III qrup üzrə respublika birincisi: ”Bəzi suallar məntiqi təfəkkürə o qədər də əsaslanmırdı”  

“Ötənilkilərlə builki qəbul imtahanları arasında çox fərq yox idi. Açıq və situasiya tipli suallar məntiqi təfəkkürə bir o qədər dəəsaslanmırdı. Sadəcə, olaraq bu sualların tipində müəyyən fərqlər özünü göstərirdi”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı 684,8 balla III ixtisas qrupu üzrə respublika birincisi,Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Nərmin Hüseynova deyib. Nərmin, buraxılış imtahanından 295 bal toplayıb:

“İmtahan normal keçdi. Burada əsas olan həyəcanlanmamaq və özünə hakim olmağı bacarmaqdır. Məktəbdə çoxlu sınaq imtahanları vermişik.Bu səbəbdən, imtahana mənəvi cəhətdən hazır idim.

Ötən il keçirilən imtahanlarla builki qəbul imtahanları arasında çox fərq yox idi. Açıq və situasiya tipli suallar o qədər də məntiqi təfəkkürə əsaslanmırdı. Sadəcə olaraq bu sualların tipində müəyyən fərqlər özünü göstərirdi.

Tarixdən 2 sualda səhv etdim. Azərbaycan dilindən bir sualı isə Apellyasiya Komissiyasına vermişəm. Doğru qəbul edilsə, buraxılış imtahanından nəticəm 300 bal olacaq”.

Nərmin Hüseynovanın sözlərinə görə, sualların əksəriyyəti əzbərçiliyə əsaslanırdı:

“Açıq suallardan istifadəni və imtahanın II mərhələdə təşkilini nəzərə alsaq, 700 ballıq nəticənin olmaması normaldır.

Hələki Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmaq fikrindəyəm”.

Xatırladaq ki, yaz qəbul imtahanlarında 700 ballıq nəticə göstərən olmayıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları