Azedu.az

“Akademiya rəhbərliyi Cümhuriyyətlə bağlı hər instituta ayrı tapşırıqlar verib”

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

18 Aprel 2018, 06:02
“Akademiya rəhbərliyi Cümhuriyyətlə bağlı hər instituta ayrı tapşırıqlar verib”

2018-ci il ölkəmizdə “Xalq Cümhuriyyəti”  ili elan edilib. İl ərzində bununla əlaqədar, həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımov AzEdu.az-a açıqlamasında bildirib ki, institut Cümhuriyyət ilinə biganə yanaşmayacaq:

“Bu il ərzində Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətində milli və dini münasibətlər" mövzusunda elmi konfransın keçirilməsi planlaşdırılır. Həmçinin, Cümhuriyyət dövründə aidiyyatı mövzuları tədqiq edən əməkdaşların elmi və populyar məqalələri də dərc edilib və ya hazırlanma mərhələsindədir. İnstitutlar tərəfindən bir sıra təkliflər verilib, AMEA Rəyasət Heyəti eyni tədbirlərin təkrarlanmaması, maddi-texniki imkanlar və digər aspektlərdən irəli gələrək bu təklifləri müzakirə edib və hər bir institut üçün müvafiq tədbirlər planını təsdiq edib”.

Nəzrin Rüstəmova

Ölkə bu xəbərlə SİLKƏLƏNİR: Baş nazirin GİZLİ MİLYONLARI ifşa edildi
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox