Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-15 13:08:22
Abituriyentdən qəbul zamanı xüsusi şərtlər tələb edən universitetlər - SİYAHI   

Xəbər verdiyimiz kimi,bugündən ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb. 

Əksər ixtisaslara qəbul zamanı xüsusi tələblər qoyulmasa da, bəzi universitetlər tələbə qəbul edərkən müəyyən şərtlər elan edirlər.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən, qəbul zamanı xüsusi şərtlər tələb olunan ali məktəbləri və ixtisasları diqqətə çatdırır: 

Milli Aviasiya Akademiyasının “Uçuş mühən­disliyi” ixtisasına 23 yaşına çatmamış kişi abituriyentlər, “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühən­disliyi” ixtisasına isə 23 ya­şına çatmamış həm kişi, həm də qadın abi­turiyentlər ərizə verə bilərlər. 

Milli Aviasiya Akademiyasının “Uçuş mühən­disliyi” və “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini təsdiq etdikdən sonra Heydər Əliyev Beynəlxalq Aeroportu Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasında xü­su­si tibbi mü­ayinə­­dən və “Psixofizioloji peşə seçimi” üzrə qabiliyyət müsabiqəsindən, Milli Aviasiya Akademiyasında isə “Fiziki hazırlıq” üzrə qabiliyyət müsabiqəsindən keçməlidirlər. 

“ADA” Universitetində təhsil almaq istəyənlər “Abituriyentin elektron ərizəsi” forması ilə yanaşı, “ADA” Universitetinin də elektron ərizə formasını universitet tərəfindən müəyyən olunmuş qaydada doldurmalıdırlar. 

“ADA” Universitetinin I qrupa daxil olan ixtisasları üzrə müsabiqəyə ümumi balı 300-dən, II və III qruplara daxil olan ixtisasları üzrə müsabiqəyə isə 400-dən az olmayan abituriyentlər buraxılırlar. 

“ADA” Universitetinin “Hüquqşünaslıq” ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır. 

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismarı mühən­disliyi”, “Dəniz  naviqasiyası mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini təsdiq  etdikdən sonra 2019-cu il aprelin 1-dən iyulun 31-dək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dənizçilər poliklinikası”nda xüsu­si tibbi mü­ayinə­­dən keçməlidirlər. 

Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixti­sa­sına qəbul olmaq istəyənlər III ixtisas qrupu üzrə qəbul imtahanında topladıqları ümumi balları ən azı 150, imtahanın ikinci mərhələsi üzrə balları isə ən azı 50 olduğu halda, imtahan nəticələri elan olunduqdan sonra iyulun 20-dən 24-dək eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində müvafiq bölməyə daxil olaraq qeydiy­yatdan keçməlidirlər. 

Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir. 

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respubli­ka­sı­nın vətəndaş­larının cari ildə Azərbaycan İlahiyyat İnstitutunun “İslamşü­nas­lıq” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı pulsuz olacaq. 

Qeydiy­yatdan keçən abituriyentlər iyulun 27-dən avqustun 2-dək  Azərbaycan İlahiyyat İnstitutunda yaradılan dini-psixoloji komissiya tərəfindən aparılan qabiliyyət imtahanında iştirak edirlər. 

Qabiliyyət imtahanı­nın proqramı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında dərc olunub. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşü­nas­lıq” ixtisasını da seçə bilərlər. 

Xatırladaq ki, qeyd olunan universitet və ixtisaslarla yanaşı, xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul zamanı da müəyyən tələblər qoyulub. 

Eyni zamanda ali məktəblərə qəbul aparılan bir neçə ixtisas üzrə xarici dil tələbi müəyyənləşdirilib. 

Hər iki məlumatla ətraflı tanış olmaq üçün aşağıda qeyd olunan linklərə daxil ola bilərsiniz:

http://azedu.az/az/news/12569

http://azedu.az/az/news/12571

 

 

 

 

 

 

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları