Azedu.az

Ölkəmizi Qarabağ Universitetinin “Enactus” komandası təmsil edib

Ali təhsil

1 Oktyabr 2025, 15:44
Ölkəmizi Qarabağ Universitetinin “Enactus” komandası təmsil edib

Dünyanın davamlı inkişafı üçün yeni nəsil təşəbbüskarların və sosial sahibkarların formalaşmasına yönələn “Enactus” Dünya Kuboku 2025 Tailandın Banqkok şəhərində keçirilib.

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

Sözügedən beynəlxalq çempionatda Azərbaycanı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qarabağ Universitetinin “Enactus” komandası təmsil edib.Komanda 7-ci liqada Qazaxıstan və Puerto Riko ilə “ən yaxşı 16" komanda uğrunda mübarizə apararaq, "BioCrown" layihəsini beynəlxalq münsiflər qarşısında təqdim edib və onların suallarını uğurla cavablandırıb.

Layihənin əsas məqsədi kimyəvi gübrələrin torpağa, insan sağlamlığına və ətraf mühitə vurduğu zərərin qarşısını almaq, yerli üzvi tullantılardan istifadə etməklə 100 faiz ekoloji təmiz və təbii gübrə istehsalını təşviq etməkdir. Layihə həm torpaq münbitliyini bərpa etməyə, həm də fermerləri davamlı və sağlam kənd təsərrüfatına keçidə təşviq etməyə yönəlib. Eyni zamanda, tullantıların dəyərə çevrilməsi, sosial rifahın artırılması, dayanıqlı ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsi layihənin əsas istiqamətlərindəndir.

Həmçinin “Enactus” Dünya Kuboku çərçivəsində təşkil olunan Mədəniyyət Günlərində komandamız milli musiqi və rəqs nümunələri ilə çıxış edərək, Azərbaycan mədəniyyətini və onun zənginliyini beynəlxalq arenada fəxrlə təmsil ediblər.

Qeyd edək ki, Azərbaycan 35 ölkədən 2 mindən çox tələbənin iştirak etdiyi “Enactus” proqramına üzv olan yeganə Cənubi Qafqaz ölkəsidir.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox