Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-29 15:45:00
Paytaxt məktəblilərinin uğurları

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə təhsil alan şagirdlər 2019-cu ildə  ciddi nailiyyətlərə imza atıblar.  

Belə ki, paytaxt məktəblərini ümumi orta təhsil səviyyəsi və tam orta təhsil səviyyəsi üzrə bitirən məzunların ümumilikdə 1433 nəfəri fərqlənmə attestatı alıb.

Ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 14-ü qızıl, 1-i isə gümüş medala layiq görülüb.

Beynəlxalq olimpiada və bilik yarışlarında uğurla iştirak edən 9 şagird gümüş və bürünc medallara layiq görülüb.

Respublika Fənn Olimpiadalarında 47 şagird uğur qazanıb.

V Respublika fənn müsabiqələrində 71 paytaxt məktəblisi fərqlənib.

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində 17 şagird, “Ədəbiyyat biliciləri” müsabiqəsində isə 5 şagird qalib olub.

Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasında 44 şagird I, II, III yerlərə layiq görülüb.

Gənc fiziklərin, kimyaçıların və bioloqların yaradıcılıq müsabiqələrində 14 məktəbin komandası fərqlənib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları