Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-01 09:21:00
Əlavə iş yerində əvəzçiliklə işləyən müəllimlərə məzuniyyət verilir? – Aktual məsələ

 

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi bir sıra rayonlarda başa çatıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizəd iştirak edib.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlərə kömək məqsədilə proses zamanı əvəzçiliklə işləyənlərin əmək müqaviləsi ilə bağlı verilə biləcək suallara cavabı təqdim edir.

Sual:

Əmək kitabçasında  əvəzçilik  üzrə fəaliyyət haqqında qeydlər aparılır? Ümumiyyətlə, əlavə iş yerində əvəzçiliklə işləyənlərin bu Məcəllə ilə müəyyən edilən məzuniyyətlərdən istifadə hüququ var?

Cavab:

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar Azərbaycan Respublikasının Əmək Məcəlləsində əks olunub. Məcəlləyə görə, əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər oluna bilər. Amma əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında və işçinin arzusu ilə əsas iş yerində aparılmalıdır.

Bundan başqa, əlavə iş yerində əvəzçiliklə işləyən müəllimlərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə hüquqları var.

Qeyd edək ki, sözügedən rayonlar üzrə müsahibələr sentyabrın 21-dək davam edib.

Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları