Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-20 11:32:00
Mərkəzi Elmi Kitabxanaya son aylarda 406 nüsxə material daxil edilib  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) son aylarda beynəlxalq kitab mübadiləsi nəticəsində xarici ölkələrdən 378 nüsxə çap materialı, 28 nüsxə elektron sənəd daxil edilib.

AzEdu.az xəbər verir ki, bununla yanaşı, ölkəmizin təbliği məqsədilə müxtəlif ölkələrin kitabxanalarında yeni açılmış Azərbaycan bölmələri üçün ədəbiyyatlar göndərilib. Cari ildə 3 təşkilatla – Türkiyənin Ankara Kitabxanasının Azərbaycan bölməsi, Koreya Avroasiya Şərq Araşdırmaları İnstitutunun Kitabxanası və Hindistan Gauhati Universitet Kitabxanasının Türkologiya bölməsi ilə əlaqələr qurulub.

Qeyd edək ki, MEK elmi-mədəni əməkdaşlığın daim genişlənməsinə çalışır, dünya elmi informasiya axınını yerli oxuculara çatdırmaq, Azərbaycan elminin innovativ inkişafını təbliğ etmək məqsədilə 37 ölkənin elm və təhsil qurumları ilə mübadilə aparır.(AzərTac)