Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-13 13:15:00
“BP Azerbaijan” 78 tələbəyə dəstək oldu

“BP Azerbaijan” “Gələcəyini qur” layihəsi çərçivəsində 78 tələbəyə dəstək olub.

AzEdu.az  xəbər verir ki, BP və tərəfdaşları ötən 3 ildə bu layihəyə dəstək verərək Qaradağ, Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayonlardakı icmalarda yaşayan 200-dən çox gəncin layihədən yararlamasına kömək edib.

“BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Biz layihəmizin dəstəyi ilə gələcək karyera yolunu seçmiş bu gənclərin uğurlarından məmnunluq duyuruq. Bu gün onlar təhsil, bilik və inkişafa aparan uzun bir yolun başlanğıcındadırlar. Layihənin builki nəticələri bizi daha da ruhlandırır”.