Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-25 13:15:00
MİQ-də keçid balını ən çox bu fənlərə aid müəllim namizədlər toplayıblar –Rəqəmlər  

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 18.881 nəfər minimum keçid balını toplayıb.

AzEdu.az xəbərinə əsasən, bu barədə Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Murad Camalzadə məlumat verib.

Bildirilib ki, imtahanda iştirak edərək minimum keçid balını toplayan namizədlər müsabiqənin üçüncü mərhələsinə vəsiqə qazanıblar.

Məlumata əsasən, digər ixtisas fənləri üzrə müqayisədə test imtahanı mərhələsində 4471 nəfər olmaqla ən çox ibtidai sinif müəllimi olmaq istəyən namizədlər vakansiya seçimi mərhələsi üçün keçid balını toplaya biliblər. Bu sıralamada say çoxluğuna görə müvafiq olaraq ikinci və üçüncü yeri Azərbaycan dili və ədəbiyyatı (3997 nəfər) və Riyaziyyat (1563 nəfər) ixtisasları üzrə namizədlər tutub.

AzEdu.az fənlər üzrə növbəti mərhələyə vəsiqə qazanan namizədlərin sayı haqda məlumatı diqqətinizə çatdırır:

Alman dili – 66 nəfər
Azərbaycan dili ( dövlət dili kimi) – 11 nəfər
Azərbaycan dili və ədəbiyyatı – 3997 nəfər
Biologiya – 701 nəfər
Coğrafiya – 979 nəfər
Fizika – 565 nəfər
Fiziki tərbiyə - 865 nəfər
Fransız dili – 120 nəfər
İbtidai sinif – 4471 nəfər
İnformatika – 647 nəfər
İngilis dili – 1528 nəfər
Kimya – 610 nəfər
Musiqi – 318 nəfər
Riyaziyyat – 1563 nəfər
Rus dili (xarici dil) – 200 nəfər
Rus dili və ədəbiyyatı 73 nəfər
Tarix – 1167 nəfər
Təsviri incəsənət – 401 nəfər
Texnologiya – 599 nəfər

Qeyd edək ki, 2019/2020-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 8-24 iyul tarixlərini əhatə edib.