Azedu.az

Rezidenturaya imtahan verəcək namizədlərin nəzərinə!

Rezidentura

1 Aprel 2019, 14:00
Rezidenturaya imtahan verəcək namizədlərin nəzərinə!

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi aprelin 7-də keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq təqdim etməlidir. Göstərilən sənədlərdən hər hansı biri çatışmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox