Sentyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 66 213 vətəndaş müraciəti daxil olub.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyi məlumat verib.
Müraciətlərin 45 834-ü çağrı mərkəzləri, 9 597-si elektron, 1 445-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 9 337 müraciət qeydə alınıb.
Qeyd olunub ki, müraciətlər müəllimlərin işə qəbulu, peşə təhsili müəssisələrinə qəbul, xarici diplomların tanınması, təhsil tələbə kreditinə elektron müraciət və digər məsələlərlə bağlı olub.