Azedu.az

“Sağlam nəsil-parlaq gələcək” layihəsi

Bakı Şəhər üzrə Təhsil İdarəsi

10 Mart 2025, 16:52
“Sağlam nəsil-parlaq gələcək” layihəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrinin V-Xl sinif şagirdlərinin iştirakı ilə “Sağlam nəsil-parlaq gələcək” layihəsinə start verilib.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, layihə çərçivəsində ümumi təhsil müəssisələrində idmanın müxtəlif növləri üzrə yarış və turnirlərin, fiziki tərbiyə müəllimləri ilə birgə fləşmobların, zərərli vərdişlərlə mübarizəyə və idmana həsr olunmuş rəsm sərgilərinin, “Zərərli vərdişlərə yox deyək!” mövzusunda “Dəyirmi masa” və diskussiyaların, ixtisaslı mütəxəssislərlə şagird və valideynlərin görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda layihə çərçivəsində idmanın müxtəlif növləri üzrə nailiyyəti olan məzun idmançılarla görüşlər təşkil ediləcək, milli idman növlərinin tarixi haqqında maarifləndirici videosüjetlər nümayiş olunacaq.

Ümumi təhsil müəssislərinin fiziki tərbiyə müəllimlərinin, idman nailiyyəti olan şagirdlərin, məzunların iştirakı ilə idmanın müxtəlif istiqamətləri üzrə festivalların, OCEP layihəsi çərçivəsində digər ölkələrin idman nailiyyətləri ilə bağlı şagirdlərin məlumatlandırılması məqsədilə maarifləndirici görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Həmçinin ümumi təhsil müəssisələrində sağlam həyat tərzi və sağlam qidalanma ilə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində maarifləndirici tədbirlərin, “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunan tədbirlərin, ümumi təhsil məktəblərinin müəllimləri, uşaq birliyi rəhbərləri, məktəb-valideyn icmasının rəhbər və üzvləri üçün “Psixotrop maddələrin insan sağlamlığına zərəri” mövzusunda seminar-məşğələlərin keçirilməsi planlaşdırılır.

Layihə çərçivəsində risk qrupuna aid olan şagirdlərin müəyyənləşdirilməsi, psixoloji, hissi-emosional vəziyyətinə görə risk qrupuna daxiledilmə ehtimalı olan şagirdlər arasında zərərli vərdişlərə qarşı təbliğat aparılması, valideyn-övlad münasibətlərinin uşaqların sosial-emosional inkişafında mühüm rol oynadığını nəzərə alaraq valideynlər üçün maarifləndirici seminarların keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, layihə çərçivəsində şagirdlərin ifasında maarifləndirici səhnəciklər nümayiş olunacaq, bukletlər, rəsm əsərləri, təqdimatlar, videoçarxlar, posterlər hazırlanacaq, sosial şəbəkələrdə #SağlamNəsilParlaqGələcək həştəqi ilə məlumatlar paylaşılacaq, zərərli vərdişlərlə mübarizə və idmanla bağlı xüsusi günlərlə əlaqədar silsilə tədbirlər keçiriləcək.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox