Azedu.az

LDU-da zona fənn olimpiadası keçirilib

Xəbərlər

Ali təhsil

5 Aprel 2025, 14:31
LDU-da zona fənn olimpiadası keçirilib

 

Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə05.04.2025-ci il tarixində Lənkəran Dövlət Universitetində fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə zona fənn olimpiadası keçirilib.

 

AzEdu.az xəbər verir ki, keçirilən olimpiadada Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.


Bilik yarışmasına qatılan 600-ə yaxın şagird seçdikləri fənnlər üzrə 3 açıq tipli sualı 2 saat 30 dəqiqə ərzində yazılı cavablandırıblar. Olimpiada qalibləri üçün mükafatlandırma mərasimi keçiriləcək və onlara LDU-nun fəxri-fərman, diplom və hədiyyələri təqdim olunacaq. Bilik yarışmasının nəticələri ilə bağlı LDU-nun rəsmi web saytında və facebook səhifəsində məlumat veriləcək.


Xatırladaq ki, LDU-da zona fənn olimpiadaları son 8 ildə ənənəvi olaraq hər il keçirilir.

 

 

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox