https://www.zirve.edu.az/
28.11.2018 17:43
Xəyanət qurbanı Acun Ilıcalının  təhsil faciəsi – İki universiteti yarımçıq qoyur, qüsurlular üçün məktəb tikdirir  
Çap et

Tanınmış şoumen Acun Ilıcalı “Acun Media” nın yaradıcısı və sahibidir.

AzEdu.az Türkiyə mediasında Şeyma Subaşı ilə boşanması rezonansa səbəb olan  Acun İlicalının təhsil yolunu  təqdim edir:

Acun İlicalı və təhsil yolu…

O, 29  may 1969-cu  ildə  Türkiyənin  Ədirnə şəhərində  doğulub. Acun 5 yaşında başladığı orta təhsilini  Ədirnə  İstiqlal  Orta Məktəbində tamamlayıb.   Daha sonra Kadıköy Anadolu liseyinə daxil olub. Acun təhsil illəri haqqında danışarkən, maraqlı məqamlara toxunur:

 “Liseydə oxuduğum zaman  dərslərimi pis oxuyurdum, amma il sonunda bütün imtahanlardan keçirdim. Yəni,  Kadıköy Anadolu Liseyinin ən  uğursuz şagirdi idim. Amma bircə dəfə belə sinifdə qalmadım. Bilirsiz niyə? Düşünürəm ki, təhsil həyatında gəlmiş-keçmiş ən yaxşı dərs köçürənəm”.

Acun liseyi bitirdikdən sonra  Qazi Universitetinin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub. Lakin universitetdə oxumayıb, televiziya sahəsini seçib.

İkinci dəfə ali məktəbə daxil  olur, amma…

O, 1995-ci ildə evini satıb, böyük bir geyim mağazası açaraq, ticarət həyatına atılır. Ancaq həmin dövrdə Türkiyədə baş verən iqtisadi böhrana görə müflis olur. Daha sonra yenidən universitet imtahanına daxil olur.  Amma yenə də  o, təhsil almaqdan imtina edir.

Acun ailənin ikinci övladı olub. O,  19 yaşında Seda Ilıcalı ilə evlənir və bu evliliyindən Banu adında bir qız  övladı dünyaya gəlir. Qızının doğumundan 10 ay sonra  ana və atasını yol qəzasında itirir. Valideynlərini itirmək Acuna çox pis təsir edir. Onun ilk evliliyi 1993-cü ildə bitir. Daha sonra Acun 2003-cü ildə Zeynəb Yılmazla evlənir. Bu evlilikdən Yasəmən və Leyla adında qız övladları dünyaya gəlir. Daha sonra o, 2017-ci ildə Fransanın Marsilya şəhərində Seyma Subaşı ilə evlənir. Seyma Subaşı ilə olan evliliyi 2018-ci ildə tamamlanır.

Universitetdən oxumağı imtina edən Acun televiziya sahəsində müxbir olaraq fəaliyyətə başlayıb.  Daha sonra media şirkəti yaradan Acun,  2013-cü ildə TV8 kanalını alaraq, həm də TV sahibi olur.

Bütün bu uğurlardan sonra gəlirlərindən danışan Acun deyir:

“Gəlirimin çox yaxşı olduğu doğrudur. Amma mən özəl həyatını tamamilə itirən insanam. Uşaqlarıma belə zaman ayıra bilmirəm. Bu qədər əməyimin, əziyyətimin qarşılığında təbii ki, öz zövqüm üçün də çalışıram. Məsələn, “Ferrari” almağımın səbəbi avtomobil və motosikletləri çox sevməyimdir. Təyyarəm var, çünki çox səyahət edirəm və belə rahatdı. Həm də təyyarəmi kirayəyə verərək oradan da pul qazanıram. Gəmimdə kimsə foto çəkdirəndə isə pis oluram, çünki hamının bunu almağa gücü çatmır”.

Əqli qüsurlu uşaqlar üçün məktəb…

Acun İlicalı  2005-ci ildə Acun Media adlı şəxsi şirkətini yaradır. “Fear Factor, Survivor”,” Qızlar – Oğlanlar”, “Survivor Türkiyə – Yunanıstan”, “Survivor Aslanlar – Kanarya”, “Var mısın Yok musun”, “Nəhənglər Liqası”, “Yetenek Sizsiniz”, “Yok Böyle Dans və “O ses Türkiye”  kimi layihələrin prodüseri, münsifi və aparıcısı olur.

 2005-ci ildə  vergi  rekordçularından birinə çevrilir. 2013-cü ildə TV8 kanalını 70 milyon dollara satın alır. Bir ildən sonra kanalın dəyəri 400 milyon dollara qədər qalxır.

Türkiyə və Anadoluda göstərdiyi stand-up şouları ilə həyat yolunu izləyicilərə gülməli  bir tərzdə çatdırıb. Son olaraq məşhurlarla hazırladığı “Yok Böyle Dans” yarışmasından  gələn gəlirlə əqli qüsurları olan uşaqlar üçün məktəb  tikdirir. 

Günel Yaşarqızı
Müəllifin digər yazıları