O, ABŞ-nin nüfuzlu ali məktəbinə QƏBUL OLUNDU

1 Avqust 2024, 10:34
O, ABŞ-nin nüfuzlu ali məktəbinə QƏBUL OLUNDU
ADA Universitetinin bakalavr məzunu Təhminə Məmmədli ABŞ-nin ən nüfuzlu ali məktəblərindən biri olan Yel Universitetinə qəbul olunub. 
 
 
Bu barədə ADA-dan AzEdu.az-a məlumat verilib. 
 
 
Bildirilib ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində ABŞ-nin Yel Universitetində İqtisadiyyat üzrə magistr təhsili alacaq.
 
 
 
Təhminə Məmmədlinin ADA-dakı tələbə həyatı yaddaqalan olub. “bp Azərbaycan”da təcrübə keçib. ADA-da müəllim köməkçisi kimi fəaliyyət göstərib.✔️İqtisadiyyat üzrə bakalavr dərəcəsində fərqlənmə diplomu alıb.
 

 

 
Son xəbərlərDaha çox